Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışından və tapşırıqlarından s
Sosial şəbəkələrdən tutmuş elektron və çap mediasında, o cümlədən televiziyada bu yöndə aktivlik özünü göstərir.
Ölkə.Az-ın məlumatına görə, ingilis dili müəllimi Leyla Şahin maraqlı yanaşması ilə diqqət çəkib.
O bildirib ki, yeni bir dildə ilişib qaldığımız bir çox məqamın səbəbi əslində öz dilimizdəki boşluqlardır: "Tələbələrimin çətinlik çəkdiyi qaydaları analiz edərkən, öz dilimizdə də onları yaxşı qavramadığını çox müşahidə etmişəm.
Düşünürük ki, "Azərbaycan dilini onsuz da bilirəm, bu mənim ana dilimdir".
Amma xarici dildə bir cümlə qurmağa çalışanda beynimiz dərhal müqayisəyə başlayır.
Əgər siz ana dilinizdə cümlənin strukturunu, sözlərin bir-biri ilə necə bağlandığını şüuraltı yox, şüurlu şəkildə dərk edirsinizsə, ingilis, alman və ya fransız dilində həmin o "aha!" anını daha tez yaşayırsınız".
Mütəxəssisin müşahidələrinə əsasən, ana dilinin qrammatik məntiqini bilmək, sanki bir xəritəyə sahib olmaqdır.