Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 44-cü buraxılışının yazılı variantını təqdim edir.
Zəfər günü
– Söhbətimə Zəfər Günü ilə başlamaq istəyirəm. Doğrudan da 8 Noyabr Azərbaycanın son iki yüz illik tarixində ən əhəmiyyətli iki-üç gündən biridir. Biz bu gün müstəqilliyimizi ərazi bütövlüyümüzlə, suverenliyimizlə əsaslandıra bildik. Xalqımızın düşüncəsinə yeni bir ideya, dilimizə yeni bir ifadə gətirdirk: Şuşaya bayraq taxma məqamı. Yəni hər şeyin ən yaxşısı, ən alisi. Əslində, məsələ çox sadədir. Ermənistandan 10 minlərlə azərbaycanlı ailə köçürüldü, onların problemlərini gözardı edənlər, sayca onlardan qat-qat az olan ermənilərə ən yüksək muxtariyyət istədilər. Hətta biz özümüz də bəzi danışıqlarda bunu verməyə hazır olduğumuzu bildirdik. Otuz il problemin sülhlə həll olunması üçün çalışdıq. Mümkün olmadı.
Bəzən Azərbaycanda yaşayan ermənilərin hüquq və azalıqlarını önə çəkərək məsələnin əsl mahiyyətini pərdələməyə çalışırlar. Burada məqsəd hamıya aydın idi: hüquq və azadlıqlar adı ilə bizdən torpaq qoparıb Ermənistana birləşdirmək. Buna tarixən dəfələrlə nail olmuşdular. İndiki Ermənistan Respublikası, hətta bəzi erməni intellektualları da etiraf edir, Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
Zəfər Günündən çox danışmaq olar. Ancaq uzatmaq istəmirəm. Bütün xalqımızı təbrik eirəm və məncə, bundan sonra bircə problemimiz qalır: Zəfər Gününə layiq cəmiyyət qurmaq!
İran hədələyir
– Amerika konsqrensindəki yeniliklər dünya gündəmini dəyişdi. Tramp məğlub oldu. Demokratlar üstünlük qazandı. İndi hamını bir sual düşündürür: yeniliklər dünyanın siyasi mənzərinə necə təsir edəcək. Ən başlıcası da, ABŞ-İran münasibətlərinə. Xəbərdən dərhal sonra Xomeneinin bir bəayanatını ouxudm, bilirirdi ki, dəyişikliklər ABŞ-ın İran siyasətinə təsir göstərməyəcək. İranda yüksək müharibə gərginliyi yaşanır. Hətta atom bombasından qorunmaqla bağlı vətəndaşlara kiçik maarifləndirici video-roliklər təqdim olunur. Azərbaycanla sərhədə raket kompleksləri yığırlar. Bu gərginlik İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın baş naziri Noikol Paşinyana göndərdiyi bəyanatda da aydın görünür: Amerika “Tramp dəhlizi”nə öz müttəfiqləri ilə gəlsə, biz onların ayaqlarını qıracağıq! Qızım sənə deyirəm, hgəlinim sən eşit. “Tramp dəhlizi” Ermənistandan çox bizə lazımdır. Çünki həm Naxçıvanın blokadadan çıxması, həm də Türkiyə ilə quru yollar üzərindən əlaqə saxlamaq deməkdir.
İndəjn belə hadisələr necə inkişaf edəcək? Bəzi ekspertlər müharibə gözləyir. Ümid edək ki, yanılırlar. Lakin məncə İran problemi çox uzun çəkəcək. Həmişə deyirəm, Avropa Birliyi bu ölkənin qanuni silahlı qüvvələrini terrorçu təşkilat kimi tanıyır, indi isə söhbət həmin qurumun nüvə silahına yiyələnməsindən gedir. Bunu isə haqlı olaraq bütün bəşəriyyət üçün böyük təhdid sayırlar.
Dərslik davası böyüyür
– Naşir Raqif İsmayılovun şair-müəllim Səhər Əhmdlə debatını izləyəndə cəmiyyətlə bağlı qorxularım bir az da artdı. Səhər xanım onun “Azərbaycan dili” dərsliyi üçün yazdığı hekayələrin plagiat olduğunu faktlarla göstərdiyi halda, o, xanıma “Bir az abırlı danışın” deyə həqarət yağdırdı. Siz həm dərsliyi çap edən nəşriyyatın rəhbərisiniz, həm də dərsliklərdə gedən hekayələri yazırsınız. Hətta təkcə öz adınıza yox, həm də qohumlarınızın adına. Üstəlik, haradansa götürüb ora-burasına yüngülvari əl gəzdirərək yazırsınız. Əlbəttə, söhbət yüz minlərlə tirajdan və böyük pullardan gedir. Və görün kim kimə “abırlı olun” deyir.
Bundan daha pisi, deyir, sizin bu təşəbbüskarlığınızın səbəbi nədir? Əlbəttə, bir azərbaycanlı həqiqəti deyirsə, demək, onun araxasında kimsə var. Durub-dururkən axı niyə doğruları desin? Dəlidir? Rafiq İsmayılov üçün bu ağlagəlıməz bir məsələdir. Lakin biz Səhər Əhmədi yaxşı tanıyırıq. Onun arxasında heç kimin olmadığını, özünün də pis bir niyyəti olmadığını, sadəcə həm bir vətəndaş, həm bir şair, həm də bir müəllim kimi narahat oldğunu bilirik. Rafiq İsmayılovu da çaışdıran budur. Mən isə bütün prosesi yaxından izləyən biri kimi yalnız bircə kəlmə demək istəyirəm: ayıbdır!
“Muğam İrs Evi” yaradıldı
– Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı Musiqi Kollecində “Muğam İrs Evi” açılıb. Bizim hörmətli Alim Qasımov da öz qızı Fərqanə xanımla açılışda iştirak edib. Alim də hər yerdədir. Gah rep oxuyur, gah duet oxuyur, gah meyxana deyir. Elə bu faktdan yola çıxıb düşündüm: bu qədər muğam ifaçısı bizim nəyimizə gərəkdir? Vaxtı ilə muğamın ciddi problemi vardı, mən özüm də yazırdım bu haqda, Heydər Əliyev Fondu dəstək verdi, dirçəltdi, öz relsinə qoydu. Bundan sonra muğama kütləvi axın başladı. Hər yer müğənnidir. Var, pul, maşın. Yeriyəndə yelləri adamı aşırdır. Hamısı da deputat kimi geyinir. Kostyum, qalstuk. İctimai mövqe baxımından isə biri beşinə dəyməz, beşi birinə. Yenə içlərində yaxşısı Alim Qasımovdur. Baxanda hiss edirsən ki, sənətkardır.
Bu qədər oxuyana rəğmən hanı bizim gənc alimlərimiz, gənc qələm adamlarımız. Hanı yaxşı yazılar? Hanı yeni nəsil jurnalistlərimiz, fiziklərimiz, riyaziyyatçılarımız... Hər yanda muğam oxuyurlar. Sosial sifariş də var. Xalq da başını itirib, bir eyfroiyanın içindədir, min bir zəhmətlə ordan-burdan qazandığı pulu bir dəsgahı başdan-ayağa doğru-dürüst oxuya bilməyən “sənət admları”na yedizdirir. Bizim bu qədər müğənniyə doğrudanmı ehtiyacımız var. Mən demirəm yoxdur, sadəcə soruşuram.
– Abbas Qəhrəmanovun müsahibəsi
Əməkdar artist Abbas Qəhrəmanov sonuncu müsahibəsində bir saat boyu “Şah Qacar” tamaşasından danışır, mərhum Xalq artsti Fuad Poladovun adını bir dəfə də olsun çəkmir. Halbuki Fuad müəllimin ölümündən sonra Qacar rolunda onu əvəz eləmişdi. Deyir, bir nəfəri əvəz etmək zərurəti yarandı. Akademik Milli Dram Teatrını biz ənənəvi inrtiqa yuvası kimi tanıyırıq və Abbas müəllimin ad çəkməməsində çox dərin, çox gizli, çox sirli, teatrımızı məhv eləyən kin-küdurət qoxusu hiss elədim.
Daha çox özünə qarşı edilən haqsızlıqdan danışır, hətta Hüseynağa atakişiyev kimi nisbətən azad ruhlu bir rejissordan da gileylənir, onu da dövrün reallıqları ilə hesablaşmağa məcbur qaldığını söyləyir. Haqlı danışır. Teatrımızın ciddi, tale yüklü problemlərini sayır. Ürəyinin rollar muzeyi olduğunu, aktyor kimi ciddi arzularının həyata keçəmədiyini bildirir.
Lakin bir məqamda onun qeyri-səmimiliyi, hətta mən deyiərdim, yalanı ortaya çıxdı. Müsahibəni alan dostumuz Seymur Elsevər məsələləri bilən adamdır. O, 21017-ci ildə Abbas müəllimin təqaüdünün kəsilməsindən danışır, Abbas müəllim isə bu hadisəni xatırlamadığını bildirir. Lakin o dövrü çox adam, eyni zamanda mən özüm də yaxşı xatırlayırıq. Abbas Qəhrəmanov bir siyasi aksiyada iştirak eləmişdi, ozamankı nazir Əbülfəs Qarayev adını çəkmədən onu yaxşıca danlamış, aktyoru nazirliyə çağırmışdı. Bundan sonra Abbas müəllimin biri-birini tutmayan açıqlamaları yayımlandı. Gah dedi bilmədən getmişəm, gah dedi müşahidə üçün getmişəm, yoxsa hamı bilir ki, Azərbaycanda hər şey əladır, qurd-quzu ilə otlayır, dünya bizə həsəd aparır...
Bu açıqlamalar yadıma bir əhvalatı saldı. 2000-lərin əvvəlində mən gənc bir müxbir kimi “Panorama” qəzetindən “Azdrama”ya – mərhum aktyorumuz Eldəniz Zeynalovla müsahibəyə getmişdim. O vaxt bir ara jurnalistləri teatrın binasına buraxmırdılar. Binanın çölündə, balaca bir stolda oturduq, orada söhbətləşdik. Yanımızda Abbas Qəhrəmanov və indi adını unutduğum bir aktrisa da oturmuşdu. Onlar səs salır, xəstəlikdən zəifləmiş Eldəniz müəllimin səsini diktofona yazmağıma mane olurdular. Mən bir neçə dəfə dayanıb gözlədim ki, Eldəniz müəllim onlara irad bildirsin, bildirmədi, məcbur olub özüm dedim. Abbas Qəhrəmanov ayağa qalxıb üstümə cumdu. Eldəniz müəllim aramızda qaldı...
2017-ci ildə Abbas müəllim Əbülfəs Qarayevin qarşısnda sıfırlananda, ona zəng eləmək istədim. Hətta telefonunu da tapdım. Deyəcəkdim ki, rayondan gələn arxasız bir müxbirin üstünə getmək asandır, oğulsan indi nazirə cavab ver. Lakin Allah şahiddir ki, demədim. Onu başa düşməyə çalışdım və başa düşdüm.
Lakin indi belə qeyri-səmimiliyi anlaya bilmirəm. Heç olmasa, o mövzuya qyıtmaq istəmirəm deyə bilərdi.
Hamıdan özünə qarşı səmimiyyət istəyən adam özü ilə səmimi ola bilmir. Bu bizim böyük bəlamızdır. Ona görə sənətdə ciddi iş görməyi bacarmırıq. Aabbas Qəhrəımanov da nə qədər istedadlı olur-olsun, özünə qarşı səmimi olmadığı üçün heç vaxt ciddi heç nə edə bilməyəcək.