Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda bir müəllimənin tələbəsi ilə bağlı emosional çıxışı sosial şəbəkələrdə maraq doğurub.
Bakupost.az xəbər verir ki, yayılan videoda müəllimə imtahan nəticələrindən danışarkən şagirdlərindən birinin həyat hekayəsinə toxunub.
O bildirib ki, imtahan günü maksimum bal toplayan şagirdləri çox olsa da, birinin nəticəsi ona xüsusilə təsir edib:
“İlk dəfə mənim dərsimə qoşulanda anasının yeddisi idi... Bu hissin nə qədər ağır olduğunu hər biriniz çox yaxşı bilirsiniz. O biri otaqda ağlaşma səsi gəlirdi, bu otaqda isə test işləyirdi, ağlayırdı. Deyirdi ki, anam imkansızlıqdan öldü.
O uşaq neçə ay əziyyət çəkdi, 680-dən çox bal topladı və o, hazırda həkimdir”.
Yasəmən