Müəllimin diqqətsizliyi: Uşaq hovuzda batdı

17.02.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Moskvada uşaq hovuzda sudan çıxa bilmədiyi üçün xəsarət alıb.

News24.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. İstintaqın məlumatına görə, uşaq suda olub, lakin özbaşına çölə çıxa bilməyib. Kameralara düşən görüntülərdən məlum olub ki, həmin vaxt müəllim əlində telefonla nə iləsə məşğul olub. 

Suda qalan uşağı isə yaxınlıqda üzən bir kişi görüb və onu təlimçiyə təhvil verib. Pis halda olan uşağı xəstəxanaya aparıblar. Uşaq hazırda anası ilə birlikdə reanimasiyadadır.

Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.

Zəhraxanım Şeydayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью