Müəllimin döydüyü iddia edilən məktəbli travma alıb Araşdırma aparılır

09.10.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yardımlı rayonunun Haramkənd kəndində 5-ci sinif şagirdin müəllim tərəfindən döyüldüyü iddia olunur. 

Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılıb. 

Şagirdin valideyninin sözlərinə görə, övladı bu hadisədən sonra travma alıb. 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, sözügedən iddia ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. 

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью