Müəllimin meyiti yaşadığı evdə tapıldı Foto

12.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Saatlıda müəllimin meyiti yaşadığı evdə tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Novruzlu kənd tam orta məktəbinin texnologiya müəllimi Məcnun Alışov yaşadığı evdə qəfil ölüb.

İlkin ehtimala görə, o, zəhərlənmə səbəbindən həyatını itirib.

Bildirilib ki, M.Alışov 17 il ərzində Novruzlu məktəbində müəllim kimi fəaliyyət göstərib, yüksək nəticələrlə yadda qalıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью