Müəllimlər bu sahədə işləməsin Parlamentari

23.05.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məktəblərdə psixoloqların işinin gücləndirilməsinə ehtiyac var". 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat  Elnarə Akimova  deyib. 

Millət vəkili qeyd edib ki, kimya, biologiya, fizika müəllimləri gəlib psixologiya fənni tədris etməməlidir.

Onun sözlərinə görə, bu gün məktəblərimizdə mütaliəsiz nəsil yetişir:

"Bu böyük problemə çevrilməkdədir. Davamlı olaraq mən çxışlarımda ədəbiyyat sahəsinə marağın yaradılması barədə çağırışlar edirəm. Lakin dərs yükü şagirdlərə mütaliə üçün imkan vermir. Bizim mədəniyyət ənənələrimiz var, onların laxlamasına icazə verməməliyik. Bu məsələ inzibati yox, strategiya məsələsidir". 


Parlamentin sədri Sahibə Qafarova millət vəkilinin sözlərinə əlavə edib ki, hər bir müəllim özü də psixoloq olmalıdır.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью