Müəllimlər də vahid geyimə keçsə... Ekspert

16.06.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda gündəmdə olan əsas mövzulardan biri “Ümumi təhsil haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi və həm təhsil verənlərə, həm də təhsil alanlara vahid geyim formasının tətbiqi istiqamətində irəli sürülən təşəbbüsdür.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, bu təşəbbüs çox doğru və yerindədir:

“Yəni, biz şagirdləri vahid geyim formasında təhsil müəssisəsinə dəvət ediriksə, əlbəttə ki, təhsil verənlərin də, yəni müəllimlərin də vahid geyim formasında tədris prosesinə cəlb olunması tamamilə yerində olan bir qərardır. Çünki bunu təkcə bizim ölkədə deyil, beynəlxalq təcrübədə də görürük. Təhsili inkişaf etmiş ölkələrin əksəriyyətində müəllimlər üçün müəyyən edilmiş vahid geyim forması mövcuddur.

Bu, məsələn, idman müəllimləri üçün fərqli idman geyimi, digər fənn müəllimləri üçün isə fərqli geyim forması ola bilər. Bu həm sosial bərabərliyi təmin etmiş olacaq, həm də müəyyən mənada fərqliliyin qarşısını alacaq. Məsələn, biri imkanlı müəllimdir və daha dəbdəbəli geyimlə dərsə gələ bilər, digəri isə buna imkan tapmaya bilər. Bu baxımdan sosial bərabərliyin təmin olunmasında vahid geyim formasının mühüm rolu olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью