Icma.az, Moderator.az portalına istinadən məlumat verir. “Ümumiyyətlə, təhsilimizdə düzgün strategiya olmadığından 2000-ci ildə qəbul olunmu
Və artıq Moskvadan heç bir strateji sənədlər, islahat proqramları və s. materiallar gəlmədi və biz hər şeyi özümüz etməli olduq.
Lakin bunun çətinliyini, məsuliyyətini müstəqilliyin ilk illərində kifayət qədər dərk edə, qiymətləndirə bilmədik.
Elə bildik ki, hər şey kortəbii olaraq öz axarıyla davam edəcəkdir. Və bu ətalətlə yaşamağa başladıq.
Lakin hardasa 1990-cı illərin sonlarında anladıq ki, dünyada sürətli inkişaf gedir, təhsil sistemləri fasiləsiz islahatlar aparır və biz də həmin islahatları aparmalıyıq.
Nəticədə 1999-cu ildə təhsil islahatlarına dair proqram qəbul etdik.
Həmin proqramın da əsasında 2000-ci ildə təhsilin inkişafına dair dövlət proqramı qəbul olundu.
Təəssüf ki, həmin proqram təhsil sahəsində ən uğursuz proqramlardan biri oldu”.