Müəllimlər saatlarla yolda vaxt itirir Fazil Mustafa

07.11.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bizim ən böyük problemlərimizdən biri təhsildir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bu gün tıxaclarda sıxlıq yaradan problemlərdən biri müəllimlərin yaşadığı yerdən uzaq məktəbdə işləməsidir. Məsələn, Yasamalda yaşayan müəllim Pirşağıda dərs deməyə gedir, Kürdəxanıda yaşayan Qaradağda dərs deməyə gedir. Belə ki, bu kimi müəllimlər vaxtında məktəbə çatmaq üçün saatlarla yolda vaxt itirir. Bunu sistemləşdirmək nə qədər çətin ola bilər? Müəllimin də ailəsi, sosial problemi var. Bu, məktəbdə dərsin keyfiyyətinə də təsir edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью