Müəllimlər üçün fərdi süni intellekt assistentləri yaradıla bilər

11.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Müəllimlərin gündəlik fəaliyyətinin daha səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması üçün süni intellekt əsaslı fərdi assistentlərin yaradılması təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər bir müəllim üçün fərdi AI assistentinin tətbiqi gündəlik işlərin planlaşdırılması və fəaliyyətin daha effektiv idarə olunmasına imkan verə bilər.

DİM sədri qeyd edib ki, bu imkanlardan səmərəli yararlanmaq üçün ilk növbədə müəllimlərin süni intellekt alətlərindən istifadə bacarıqlarının artırılması və müvafiq təlimlərə cəlb edilməsi vacibdir.

Məleykə Abbaszadə bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi müəllimlərə öz iş qrafiklərini və fəaliyyət planlarını fərdi şəkildə formalaşdırmağa şərait yarada bilər.

O vurğulayıb ki, xüsusilə müasir uşaqlarla iş zamanı vaxtın düzgün bölüşdürülməsi və idarə olunması müəllimlərin qarşısında duran əsas məsələlərdən biridir.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью