Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.
Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat daxil olub.
Bildirilib ki, 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır: Marqarita pizza
"Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər".