Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərin kadr təminatı məqsədilə elan edilmiş işə qəbul prosesi miq.edu.az portalı üzərindən davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Məlumata görə, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlərin vakant yerlərə yerləşdirilməsi mövcud qaydalar çərçivəsində, miq.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Namizədlərin yerləşdirilməsi müvafiq fənlər üzrə topladıqları balların ardıcıllığı nəzərə alınmaqla təmin ediləcək.
Fəridə, Bizim.Media