Müəllimlərə güzəşt kartının verilməsi dünyanın bir çox ölkələrində var AYDINLIQ GƏTİRİLDİ …
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Müəllimlərə güzəşt kartının verilməsi dünyanın bir çox ölkələrində var".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, hətta elə ölkələr var ki, müəllim balansına, büdcəsinə 1000 avroya qədər qənaət etmiş olur: "Azərbaycanda da bu, gözəl addımdır, təqdirəlayiqdir və alqışlanmalıdır.
Müəllimlərin müəyyən xərclərinin qarşısının alınması, müəyyən xərclərində güzəştlərin əldə edilməsi yaxşı haldır.
Bu güzəştlər ictimai nəqliyyat, metro ola bilər, ərzaq, kitab mağazalarında endirimlərin olması ola bilər.
Günlük istifadə olunan əşyaların alınmasında olan endirimlər ola bilər. Bu baxımdan çox təqdirəlayiq olar.
Ümumiyyətlə, Azərbaycan müəllimi mükafata, güzəştə, təbrikə layiq müəllimdir.
Bu baxımdan da güzəşt kartlarının müəllimlərə şamil olunması müsbət qiymətləndirilməlidir.
Tam oxu
Xəbəri oxu