Müəllimlərə ŞAD XƏBƏR Əməkhaqqına əlavələr bu tarixdə ÖDƏNİLƏCƏK

17.11.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İlk dəfə sertifikasiya imtahanından uğurla keçən müəllimlərin əmək haqlarına olunan əlavələr ilin sonunudək ödəniləcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bizim.Media-nın sualına cavab olaraq bildirib.
Nazir bildirib ki, bu, vaxt aparan prosesdir:
"Sertifikasiya prosesi bitməlidir. Yay aylarında həmin müəllimlər imtahan verib bitirirlər. Daha sonra 20 mindən çox müəllimlə müsahibələr təşkil edilir. Sənədləşmə işləri bitdikdən sonra müəllimlərin əmək haqlarına olunan əlavələr birdəfəlik ödənilir. Növbəti aylarda isə onlar aybaay bu əlavələri alırlar".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью