Müəllimlərə ŞAD XƏBƏR Təhsil kartları veriləcək, güzəştlər olacaq

05.11.2024

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.

“Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq”, – Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью