Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Təhsilverənlərə intizam tədbiri kimi uşaqlara qarşı zorakılığın hər hansı formasını tətbiq etmək qadağan edilib.
Axar.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Kollegiyasının “Təhsilverənlərin etik davranış Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, şərəf və ləyaqətlərinə hörmət etməlidir.
Qeyd edilib ki, müəllimlərin intizam tədbiri adı altında uşaqlara qarşı zorakılığın istənilən formasından istifadə etməsi yolverilməzdir.