Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev