Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqqları üçün dövlət büdcəsindən 2027-ci il üçün ayrılan məbləğin həcmi 35 faizə qədər artıb.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
2022-2026-cı illər ərzində sertifikatlaşdırma proqramında iştirak edən 137 min müəllim heyətindən uğur qazananların diferensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2027-ci ilin dövlət büdcəsinin layihəsində 286,4 milyon manat vəsait nəzərdə tutulub.
Bu da əvvəlki illə müqayisədə 73,6 milyon manat və ya 34,6 faiz artım hesab olunur.
Fəridə, Bizim.Media