Müəllimlərin imtahan nəticələri bəlli oldu

24.09.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Globalinfo.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью