Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeni mərhələ

25.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Müəllimlərin iş yerlərinin qarşılıqlı dəyişdirilməsi prosesi üzrə sənədlərin yoxlanılması mərhələsinə start verilir.

XQ xəbər verir ki, iş yerinin qarşılıqlı dəyişdirilməsi üçün müraciətini təsdiqləyən müəllimlərin şəxsi səhifələrinə sənəd yoxlanışının keçiriləcəyi məkan, tarix və vaxt barədə məlumat yerləşdirilib.

Sənədlərin yoxlanılması 28–29 sentyabr tarixlərində aparılacaq. Mərhələdə ümumilikdə 288 müəllimin iştirakı nəzərdə tutulur.

Müəllimlər şəxsi səhifələrinə daxil olmaqla sənədlərin yoxlanılması mərhələsi ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью