Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.
Bu barədə Axar.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 3,4, 8-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
"Qeyd edək ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb.
Texnologiya və təsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki və məzmun baxımından problemlər aşkar olunub.
Belə ki, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtində uyğunsuzluq qeydə alınıb.