Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyada dövlət sektorunda çalışan əməkdaşların maaşları əhəmiyyətli dərəcədə artırılıb.
Bakıvaxtı.az xəbər verir ki, yeni qərara əsasən, Bəşər Əsəd hakimiyyəti dövrü ilə müqayisədə dövlət sektorunda çalışan müəllim, həkim və universitet professorlarının əməkhaqqı bir neçə dəfə yüksəldilib.
Belə ki, dövlət məktəblərində çalışan müəllimlərin aylıq maaşı təxminən 18 ABŞ dollarından 300 ABŞ dollarına çatdırılıb.
İxtisaslı həkimlərin əməkhaqqı təxminən 22 ABŞ dollarından 700 ABŞ dollarına yüksəldilib.
Universitet professorlarının aylıq maaşı isə 150 ABŞ dollarından 1000 ABŞ dollarına qədər artırılıb.
Qeyd edək ki, qərar Suriyada dövlət sektorunda çalışanların sosial rifahının yaxşılaşdırılması və ixtisaslı kadrların ölkədə saxlanılmasına yönəlmiş islahatların bir hissəsi kimi qiymətləndirilir.
Əli Hüseynov