Icma.az bildirir, Azvision portalına istinadən.
Bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilən sertifikatlaşdırma prosesinin ilk mərhələsi başa çatıb. Bütün fənn müəllimləri bu prosesdə azı bir dəfə iştirak edib və onların sayı təxminən 105 minə çatır.
Eşqi Bağırov qeyd edib ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına yeni tədris ilindən əlavə ödənişlər tətbiq olunacaq. Belə ki, 31 min müəllim 35 faiz, 61 mindən çox müəllim isə 10 faiz əlavə ilə yeni tədris ilinə başlayacaq.
Agentliyin direktoru əlavə edib ki, son 4-5 il ərzində müəllimlərin işə qəbulu və sertifikatlaşdırma prosesləri nəticəsində müəllim heyətinin strukturunda müəyyən dəyişikliklər baş verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Eşqi Bağırov qeyd edib ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına yeni tədris ilindən əlavə ödənişlər tətbiq olunacaq. Belə ki, 31 min müəllim 35 faiz, 61 mindən çox müəllim isə 10 faiz əlavə ilə yeni tədris ilinə başlayacaq.
Agentliyin direktoru əlavə edib ki, son 4-5 il ərzində müəllimlərin işə qəbulu və sertifikatlaşdırma prosesləri nəticəsində müəllim heyətinin strukturunda müəyyən dəyişikliklər baş verib.