Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ölkə üzrə müəllim heyətinin orta aylıq əməkhaqqı 1 030 manat səviyyəsinə yüksəlib.
Modern.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma imtahanlarında göstərilən nəticələr müəllimlərin gəlirləri arasında ciddi fərq yaradır və yüksək nəticə göstərənlərin maaşı orta göstəricini qabaqlayır.
“İmtahanlarda yüksək uğur əldə edərək əməkhaqqına 35 faiz əlavə alan 30 590 nəfər müəllimin orta aylıq maaşı 1 300 manat təşkil edir. Sertifikatlaşdırmadan keçərək maaşına 10 faiz əlavə edilən 60 818 nəfərlik heyətin orta aylıq əməkhaqqı 1 010 manat səviyyəsindədir. Sertifikatlaşdırmada iştirak etməyən və ya imtahanın 1-ci cəhdində uğur qazana bilməyən 23 984 nəfər müəllimin orta aylıq əməkhaqqı isə 770 manat olaraq qeydə alınıb”.