Müəllimlərin NƏZƏRİNƏ AÇIQLANDI

18.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, avqustun 12-15-də keçirilən vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər. Dördpendirli pizza

Qeyd olunub ki, vakansiya seçimində uğur qazana bilməyən və ya seçimdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsahibə mərhələsinin keçirilməsi ilə bağlı məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью