Müəllimlərin nəzərinə Əməkhaqqı ilə bağlı rəsmi açıqlama

13.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müəllim əməkhaqqı ən çox müzakirə olunan məsələlərdən biridir. 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əmək haqqı üç dəfədən çox artıb”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2026-cı il sentyabrına olan məlumatlara görə, vergilər daxil olmaqla, müəllimlərin orta aylıq əmək haqqı 1030 manat təşkil edir.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью