Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun illər davam edən təhsil prosesi, yüksək məsuliyyət və gərgin əmək tələb edən müəllimlik və həkimlik peşələri cəmiyyətin ən vacib sahələri sırasında yer alır. Bu peşə sahibləri illərlə insan sağlamlığına və gələcək nəslin formalaşmasına xidmət edir. Lakin onların əmək fəaliyyətinin son mərhələsi olan pensiya dövründə necə təmin olunması tez-tez sual doğurur. Cəmiyyətdə aparılan müzakirələrdə bu peşələrin digər sahələrlə müqayisədə daha yüksək pensiya alıb-almaması xüsusi diqqət çəkir. Bəziləri uzun illərin zəhmətinin pensiyada da öz əksini tapmalı olduğunu düşünür. Digərləri isə mövcud sistemin hamı üçün eyni prinsiplərlə işləməsinin tərəfdarıdır.
Məsələ ilə bağlı iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib. O deyib ki, həkim, mühəndis və müəllim kimi sahələrdə insanlar illərlə əmək bazarından gəlir əldə etmədən təhsil alırlar:
“Bu müddət ərzində gəlir itkisini kompensasiya etmək üçün onların pensiyasının daha yüksək olması müəyyən dərəcədə ədalətlidir. Mədən işçiləri və kimya sahəsində çalışanlar kimi fiziki riskləri yüksək olan peşələrdə erkən pensiya və əlavə təminat motivasiyanı qoruyur. Hər peşəyə fərqli pensiya vermək nəzəri baxımdan mümkündür, amma praktiki olaraq maliyyə və sosial balans problemlərinə gətirib çıxara bilər. Pensiya sisteminin dayanıqlığı üçün bütün sahələrdə əsas bir pensiya olmalı, riskli və uzun təhsil tələb edən peşələr üçün əlavə əlavələr nəzərdə tutulmalıdır. Yüksək pensiya sadəcə müəyyən peşələrə marağı artıraraq əmək bazarında distorsiyaya səbəb ola bilər”. 
O bildirib ki, bu sistem işçiləri riskli və çətin peşələrdə işləməyə təşviq edir:
“Pensiya yalnız yaşa bağlı ödəniş deyil, həm də peşə riskləri və təhsil müddətinin kompensasiyası olmalıdır. Beləliklə, cəmiyyət həm iqtisadi, həm də sosial baxımdan daha dayanıqlı olur. Bu yanaşma həm işçilərin motivasiyasını artırır, həm də uzunmüddətli sosial stabilliyi qoruyur”. 
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью