Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək

08.06.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 35 imtahan mərkəzi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üçün müəyyən olunub.

İmtahan mərkəzlərinin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью