Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Müəllimlərin geyimi ilə bağlı məhdudiyyətlər təbii ki, olmalıdır.
Çünki müəllim həm məktəbdə, həm də cəmiyyətdə nümunədir”.Bunu Demokrat.az-a açıqlamasında tələbələr üçün kreditlərin əlçatanlığından danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
O bildirib ki, vahid müəllim geyiminin tətbiqinin tərəfdarıdır:“Hər zaman vahid müəllim geyiminin tərəfdarı olmuşam.
Bu, ilk növbədə məktəbdə sosial bərabərsizliyi aradan qaldırır.
Digər tərəfdən, müəllim öz biliyi, davranışı və mədəniyyəti ilə fərqlənməlidir. Geyim ona fərqlənmək üçün alət olmamalıdır.
Məcburi olmasını düşünmürəm, amma hesab edirəm ki, müəllim geyimi fərqlənsə, daha yaxşı olar.
Bu, məktəbin estetik aurasına da gözəllik qatacaq.Mənim üçün əsas təhsilin keyfiyyətidir, geyim buna bir təsir göstərməyəcək.