Müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib

12.12.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib: "Ucqar kəndlərdə dərs saylarının az olmasına görə, müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1, 2, 3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq.

Şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью