Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran səmasında vurulan F-15E qırıcı təyyarəsinin pilotunu xilas etmək üçün keçirilən əməliyyat zamanı ABŞ qüvvələri Kohgiluyə və Boyer Əhməd əyalətlərinə zərbələr endirib. Nəticədə ən azı doqquz nəfər ölüb.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Fars" agentliyi yazıb. Daha səkkiz nəfər yaralanıb.
İran mediasının səhiyyə orqanlarına istinadən verdiyi məlumata görə, Kohgiluyə qraflığının Ko Siah rayonunda baş verən hücumda beş nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Boyer Əhməd qraflığının Vazq və Kakan rayonlarında daha dörd nəfər həlak olub.
Bir müddət əvvəl İranın İİKK-sı Vaşinqtonun ABŞ xüsusi təyinatlı qüvvələrinin amerikalı pilotu xilas etməsi ilə bağlı iddialarını təkzib edib. Bildirilib ki, əməliyyat yalnız uğursuz olmayıb, həm də C-130 tanker təyyarəsi də vurulub.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin