“Müəyyən detallar var, onları götürqoy edirik” Rəşad Sadıqov İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır. “Zirə” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunda “Neftçi”nin qonağı olub.
1:2 hesabı ilə məğlub olan Bakı klubunun baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib.
Sadıqov maraqlı oyun alındığını bildirib: “Maraqlı oyun alındı.
Çempionatımızda belə oyunların sayı nə qədər çox olsa, düşünürəm ki, oyunçularımız da inkişaf edəcək.
Hər iki komanda sürətli, dinamik oyun nümayiş etdirdi. Demək olar ki, oyunboyu üstünlük bizdə idi. Sadəcə 10 dəqiqə rəqibə üstünüyü verdik.
60-70-ci dəqiqələrdə rəqib üstün oyun nümayiş etdirdi. Bu da sonda qolla nəticələndi. Düşünürəm ki, olduqca maraqlı oyun alındı.
Rəqib də çox istəkli idi. Təbrik edirəm onları. Nəzərə alsaq ki, üst-üstə uğursuzluqlarımız var. Son 7 oyunun birində qələbə qazanmışıq.
Baxmayaraq ki, bu oyunların bir çoxunda üstün olan tərəf olmuşuq. Müəyyən detallar var, onları götür-qoy edirik.
Tam oxu
Xəbəri oxu