Müəyyən şeyləri ictimaiyyət qarşısında deyə bilmərəm İnter in baş məşqçisi

20.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"İnter"in baş məşqçisi Kristian Kivu İtaliya çempionatının 5-ci turunda "Roma"yla geridönüş etdikləri oyundan danışıb.

Fanat.Az xəbər verir ki, milanlılar Romada ilk hissədən sonra 0:2 hesabı ilə uduzduqları görüşdə Lautaro Martinezin dublu sayəsində heç-heçəyə nail olublar.

"La Gazzetta dello Sport" Kivunun oyunsonrası fikirlərini belə çatdırıb: 

"Fasilədə dediklərim mənimlə komanda arasında qalacaq və müəyyən şeyləri açıqlamaq niyyətində deyiləm. Müəyyən şeyləri ictimaiyyət qarşısında deyə bilmərəm. 
Hamımız bilirdik ki, ilk hissədə nə etməmişik. Topsuz oyunumuzu inkişaf etdirməliyik. Əminəm ki, oyunçular bunu çox yaxşı başa düşürlər. İkinci hissədə qətiyyətimiz sayəsində əla oyun oynadıq". 

Qeyd edək ki, "İnter" A Seriyasında ardıcıl üçüncü dəfə eyni situasiya ilə üzləşib. Kivunun komandası daha öncə "Napoli" (3:2) və "Udineze" (5:3) ilə görüşlərdə "kambək"lə rəqiblərini məğlub etmişdi.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью