“Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq”

11.01.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının X turunda bu gün “Ordu”ya qarşı keçirəcəkləri matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpressss.az xəbər verir ki, mütəxəssis qələbə qazanmaq istədiklərini deyib:

“Bu gün oyuna qələbə üçün çıxacağıq. Komandalar heyətlərini gücləndirib. Hər bir komanda özünün çatışmayan cəhətini düzəltməyə çalışıb. Yəqin ki, “Ordu” da bu müddətdən istifadə edib və heyətinə yeni oyunçular qatıb. Bilirsiz, “Gəncə” deyildiyi kimi güclü komanda deyil. Biz o komanda ilə üç hissə bərabər səviyyədə mübarizəa apardıq. Sadəcə sonda oyunçuların yorğunluğu öz sözünü dedi. Onların heyəti isə genişdir, rotasiya edə bilirlər. Bizdə bu sarıdan yenə problem ortaya çıxa bilər. Çünki heyətimizi genişləndirə bilməmişik. Yalnız Fikrət Ələkbərovu heyətimizə qatmışıq. Onun komandaya gəlişi işimizi xeyli asanlaşdıracaq. O, sevdiyim, çox yaxşı və ağıllı oyunçudur. Komandadakı çatışmazlığı Fikrətin gəlişi ilə də aradan qaldırmağa çalışacağıq.

Sözün düzü bu cür uzun fasilələr bəzən oyun ritminə də təsir edir. Amma bu labüd idi, olmalıydı. Hansı komanda bu tətildən yaxşı istifadə edə bilibsə, qalib gələcək. Çempionatın növbəti mərhələsinin daha maraqlı olacağını düşünürəm. Sözsüz ki, biz də liderlik üçün çalışacağıq. Heyətimiz pis deyil. Müəyyən uğurlar qazanmaq üçün mübarizə aparacağıq”.

Əsas xəbərlər, Ümumi idman “Quba”da ayrılıq

27 Dekabr 2024, 15:12

Əsas xəbərlər, Ümumi idman Legioner oyunçu: “Qalib gələ bilməyəcəyimiz komanda yoxdur”

9 Dekabr 2024, 14:29

Əsas xəbərlər, Ümumi idman “Quba” yoxlama oyunu keçirəcək

13 Noyabr 2024, 13:30

Əsas xəbərlər, Ümumi idman “Quba” “Lənkəran”la bacarmadı

2 Noyabr 2024, 20:35

Əsas xəbərlər, Ümumi idman Əsgərov: “İstənilən oyunda sona qədər mübarizə aparacağıq”

20 Oktyabr 2024, 11:29

Əsas xəbərlər, Ümumi idman Azərbaycan klubunda gürcü məşqçi

15 Oktyabr 2024, 13:52

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью