Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi (PHŞ) inzibati binasının əsaslı təmiri ilə bağlı tender elan edib.
Modern.az xəbər verir ki, Mərkəzin fəaliyyət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihə binalarda cari və əsaslı təmir işlərini əhatə edir.
Satınalma üzrə qiymət 1 198 391,00 AZN məbləğində müəyyən edilib.