Müflis elan olunmuş Günay Bank və Muğan Bank ın əmanətçilərinə qaytarılan vəsait açıqlanıb

05.06.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98% və 97%-i qaytarılıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 mln. manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 mln. manat məbləğində kompensasiya ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью