Muğam Mərkəzində “Turandan gələn səda”

16.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

 Bakı, 16 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Barışın türküsü: Turandan gələn səda” adlı konsert proqramı keçirilib. Tədbir Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının Tələbə Elmi Cəmiyyətinin “Ün” ansamblının müşayiəti ilə IX “Muğam” televiziya müsabiqəsinin qalibi Nərmin Mirzəyeva, eləcə də gənc ifaçılar Rauf Cəfərov, Yusif Qocayev və Azər Çələbyaninin ifasında Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью