“Muğam” Televiziya Müsabiqəsində növbəti mərhələ

05.06.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Kulis.az xəbər verir ki, müsabiqədə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak ediblər.

Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutub.

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa ediblər.

Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib Aktrisa Nina Qrebeşkova dünyasını dəyişib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью