Muğanlı İsmayıllı yolu buz bağladı VİDEO

02.03.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünən axşam saatlarında yağan intensiv qar Muğanlı–İsmayıllı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar əraziyə 9 nömrəli Yol İstismar İdarəsinin texnikası və canlı qüvvə cəlb olunub.
Qısa müddət ərzində yol qardan təmizlənib, buzlaşmanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə yolun hərəkət hissəsinə duz və qum səpilib.
 

Hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün əraziyə yol-patrul xidməti əməkdaşları cəlb olunub və nəzarət tədbirləri davam etdirilir.


Sürücülərdən vacib olmadığı halda alternativ yollardan istifadə etməsi tövsiyə olunur.

Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью