Muğanlı İsmayıllı yolunda qəza: Ehtiyatsız sürücü inəyi vurdu VİDEO

17.07.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Muğanlı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 15-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil önünə çıxan inəyi vurub. Hadisə zamanı heyvan xəsarət alıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью