Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Nə sürət həddini bildirən nişan var, nə də hərəkətin tənzimlənməsi üçün nişanlanma düzgün aparılıb.
Avtosfer.az xəbər verir ki, söhbət Muğanlı-İsmayıllı yolundan gedir. Sürücülər bildirirlər ki, yeni asfalt örtüyü çəkilən yol rahat və keyfiyyətlidir. Lakin, bəzi hissələrdə yol xətlərinin və xəbərdaredici nişanların olmaması, həmçinin piyadaların yolu təhlükəsiz keçməsi üçün şəraitin yetərli olmaması ciddi çətinlik yaradır.
Sürücülər onu da bildirirlər ki, yolun bəzi hissələrində nişanlanma xətləri çəkilsə də, köhnə və yeni xətlərin bir birinə qarışması çaşqınlıq yaradır.