Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış müğənni və aktrisa Ariana Qrande baş rolda oynadığı “Wicked” musiqili filminin ikinci hissəsinin qala gecəsində pərəstişkarının hücumuna məruz qalıb.
Reyting.az xəbər verir ki, bu barədə “People” portalı məlumat yayıb.
İnsident çəkiliş qrupu qırmızı xalçadan keçərkən baş verib. Bir anda Qrandenin pərəstişkarı təhlükəsizlik dəhlizini yarıb və şəkil çəkdirmək üçün aktrisanın yanına qaçıb.
Ariananın həmkarı Sintiya Erivo onun köməyinə gələrək gənci kənarlaşdırıb. Bundan sonra təhlükəsizlik xidməti köməyə çatıb.
V. QULİYEV