Müğənni bu maşınları sürmək üçün bayağı mahnı oxuyacaq

24.02.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bayağı müğənnilər bəzi saytalara aylıq ödəniş edirlər ki, piar olunsunlar. Onları qınamıram, çünki dolanışıqları oradan çıxır".

Avtosfer.az “Axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Afaqla 10lar" verilişində deyib. Sənətçi bildirib ki, bahalı avtomobil sürmək üçün o da həmkarları kimi bayağı mahnılar oxuyacaq:

"Görürəm ki, savadlı müğənnilərimiz də artıq bayağı mahnılar oxumağa başlayıblar. İstəyirlər işləri, toyları bayağı ifaçılar kimi çox olsun. Onlar kimi yaxşı pul qazansınlar. Mənim də repertuarımda bir-iki bayağı mahnı yer alacaq. Mən də "Range Rover", "Geländewagen" markalı avtomobil sürmək istəyirəm. Niyə də yox?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью