Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.
Müğənni ifadəsində bildirib ki, təqsirləndiriləni Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb.
Onun sözlərinə görə, Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov onun işi üzrə ifadə verərək guya əlillik dərəcəsinin düzəldilməsi üçün ondan pul alındığını iddia ediblər.
Dəniz Əsədova qeyd edib ki, həmin məbləği əslində Mehparə Kazımova alıb və o, Məhərrəm Məhərrəmovu tanımayıb.
Müğənni əlavə edib ki, Məhərrəm Məhərrəmovun əlillik dərəcələrinin düzəldilməsi ilə məşğul olması barədə məlumatı yoxdur.
İfadələr arasında ziddiyyət yarandığı üçün Dəniz Əsədovanın ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan edilib.