Müğənni Elnurun səsi batdı

09.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Müğənni Elnur Məmmədov məclisdə başına gələn xoşagəlməz hadisədən danışıb.

Lent.az xəbər verir ki, o getdiyi məclislərdən birində əsəbiləşdiyi üçün səsinin batmasından danışıb.

"Məclislərin birində belə hadisə yaşadım. Hamı bilir ki, canlı oxumağa qadirəm. Məclisdə işçilərə deyirəm ki, mikrofona səs verin. Necə səhnədə əsəbiləşdimsə, səsim dayandı.

Oxumaq istəyirəm, səs çıxmır. Dedim ki, kəsin. Demişəm, toyda canlı oxuyacağamsa, öz musiqiçilərim, işçilərim olacaq. Aparatı idarə edənə deyilir ki, toyu idarə edən mənəmsə, başqa müğənninin səsi çıxmasın"-  o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью