Müğənni Güllünün qızına ağırlaşdırılmış ömürlük HƏBS TƏLƏBİ

02.08.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə məşhur müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb.

Avtosfer.az xəbər verir ki, Yalova Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında müğənninin qızı Tuğyan Ülkəm Gülter barəsində "yaxın qohumu qəsdən və əvvəlcədən planlaşdıraraq öldürmə" ittihamı irəli sürülərək ağırlaşdırılmış ömürlük həbs cəzası istənilib.

İttiham aktında Güllünün oğlu Tuğberk Yağız Hamza Gülter zərərçəkmiş, qızı Tuğyan Ülkəm Gülter isə şübhəli şəxs kimi göstərilib.

Bundan başqa, istintaqla əməkdaşlıq edən Sultan Nur Ulu barəsində də yalan ifadə vermək ittihamı ilə 4 aydan 1 ilədək həbs cəzası tələb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью