Müğənni: Manaf Ağayev də videonu sildirib

17.11.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əməkdar artist Vasif Məhərrəmli həmkarlarına səslənib.

Mia.az Axşam.az-a istinadla  xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində toylarda aldığı şabaşı sosial şəbəkədə paylaşan ifaçıları tənqid edib.

O bildirib ki, insanlar sənətçilərin bu hərəkətinə gülürlər: "Acizanə dərəcədə sizdən xahiş edirəm: toyda, nişanda əlinizə pul verəndə paylaşmayın. Bizə milyonlar baxır, siz kimlərinsə hissləri ilə oynayırsınız. Baxmayaraq orada böyük məbləğ yoxdur. Amma o pula ehtiyacı olanlar var. Eyni zamanda o pul kimlər üçünsə bir milçək vızıltısıdır. Onları da özünüzə güldürürsünüz".

V.Məhərrəmli bildirib ki, həmkarı Manaf Ağayev də yayımladığı eyni tərzdə olan videonu sildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью