Müğənni Manaf Ağayev tez öləcəyini deyib: Atam, anam, bacım da elə gedib

25.04.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Manaf Ağayev tez öləcəyini deyib.

Mia.az xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan Manaf bu barədə açıqlaması ilə gündəmə gəlib.

“Yaşda böyük olduğum üçün şou-biznesdə olanların hamısına tövsiyə edərdim ki, bu həyat müvəqqətidir. Hamımız bu dünyadan gedəcəyik. Çox tez zamanda gedəcəyik. Əvvəlki dövr deyil ki, yüz, doxsan yaş yaşayasan. Mən öz adımdan danışıram. Özümdə belə bir hissiyyat var. Çünki bizim nəsildə yetmişdən yuxarı yaşayan olmayıb. Atam, anam, bacım da elə gedib…

Allah ömür versin, yüz yaşayım. Amma içimdə var ki, nə qalıb o vaxta? Hamıya arzu edirəm ki, heç kim heç kimin qəlbinə dəyməsin” - o bildirib(pravda.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью