Müğənni: “Məsələ təkcə dindar olmaqda və ya ateist olmaqda deyil”

16.09.2026

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Müğənni Şəhriyar Məhərrəmov cəmiyyət, din, qanun və vətəndaş məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, cəmiyyətin inkişafını yalnız insanların dini inancları və ya inancsızlığı ilə əlaqələndirmək düzgün deyil:

“Bizdə ateistlər elə düşünür ki, ölkədə hamı inancsız olsa, bura dönüb Norveç olacaq. Dindarlar da düşünür ki, hamı imanlı, namazlı olsa, başımızdan ruzi töküləcək, ölkə cənnətə çevriləcək. Əslində isə hər ikisi səhv düşünür”.

Müğənninin sözlərinə görə, qanunların effektiv işləmədiyi cəmiyyətdə dini və mənəvi dəyərlər insanların davranışına müəyyən təsir göstərə bilər.

Məhərrəmov Almaniyanı nümunə göstərərək qeyd edib ki, orada insanların davranışına dövlət, qanun, təhsil, ailə və sosial mühitin təsiri ön plandadır.

“Çünki bilir ki, qanunu pozsa, dövlət yaxasından yapışacaq. Həm də axı təhsil, sistem, mühit, ailə onu vicdanlı, dürüst vətəndaş kimi yetişdirir”, – deyə o yazıb.

O, həmçinin qanun pozuntularına nəzarətin zəif olduğu halda insanların məsuliyyətdən yayınmağa çalışa biləcəyini vurğulayıb.

Şəhriyar Məhərrəmov fikirlərinin sonunda sağlam cəmiyyət üçün bir neçə amilin vacibliyini qeyd edib:

“Sağlam cəmiyyət üçün həm işlək qanun, həm sağlam təfəkkürlü vətəndaş yetişdirən sistem-dövlət, həm də vicdan lazımdır”.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью